“Maynts-05” rəhbərliyi baş məşqçi Yan Zivertlə yolları ayırıb.
41 yaşlı mütəxəssis komandanı ötən ilin noyabrından çalışdırırdı. “Maynts-05” Zivertin rəhbərliyi altında 12 oyun keçirib, 1 qələbə qazanıb, 6 dəfə heç-heçə edib, 5 dəfə isə məğlub olub.
Komanda 21 turdan sonra Almaniya çempionatında 12 xalla sonuncudan əvvəlki – 17-ci yeri tutur.