• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Qarabağ” kubokda ilk dəfə 4 top buraxdı - REPORTAJ

Ölkə kuboku / Reportaj

11-02-2024, 20:0

Təbii ki, bu oyun formal xarakter daşıyırdı. “Qarabağ” Murad Musayevin istefasıyla nəticələnən oyunda bu cütün taleyini həll etmişdi.

“Sabah”ın üzərinə düşən iş, sadəcə, qisas almaq idi ki, “tələbələr” bunu müəyyən mənada bacardılar.
Düzü, ilk dəqiqələrdə oyunun hansı macrəda keçəcəyini təyin etmək çətin idi. İşimizi Da Silvanın 5-ci dəqiqədə uzaqdan zərbəylə vurduğu möhtəşəm qol asanlaşdırdı. Braziliyalı yarımmüdafiəçi topu elə nöqtəyə göndərdi ki, Lunyovun seyr etməkdən başqa yolu yox idi. Qonaqlar sağ cinahda daha fəal idi ki, bunu da Elvin Cəfərquliyevin zəif çıxışıyla bağlamaq lazımdı. Nəticədə növbəti qol da qaçılmaz oldu. Marqaritanın durumu Parrisin ötürməsindən faydalanmaq üçün münbit idi ki, niderlandlı yarımmüdafiəçi fürsəti əldən vermədi. “Tələbələr” 27-ci dəqiqədə Lunyovu növbəti dəfə məyus etdi – 2:0. “Qarabağ” bir qədər həyəcanlansa da, tezliklə Keyta həm Qurban Qurbanovun, həm də azarkeşlərin “ürəyinə su səpdi”. Təkbaşına rəqiblərinin başını gicəlləndirən fransalı fərqi azaltdı. Növbəti təhlükəli vəziyyəti də ağdamlılar yaratdı, amma Silvanın başla zərbəsi qapının üzərindən keçdi.

İlk yarının sonlarında “Qarabağ” meydanda söz sahibi idisə, ikinci yarı fərqli başladı. “Sabah” hücumların kəsərini artırdı. 58-ci dəqiqədə Parrisin üç müdafəçinin təzyiqi altında ara ötürməsindən sonra Belfodil topu tora qovuşdurdu – 1:3. Lakin Masazır təmsilçisi yenə hesabı qoruya bilmədi. 61-ci dəqiqədə hücuma qoşulan Abbas Diakabini vaxtında gördü. Sonuncu sərrast zərbəylə fərqi minimuma endirdi. Qonaqların qolkiperi ardından Keyta ilə Cicanın zərbələrini dəf etməli oldu. 67-ci dəqiqədə Toral qol vurmağa yaxın olan Amini kobud qayda pozuntusuyla dayandırdı. Allahverdiyev dərhal penalti nöqtəsini göstərdi ki, Belfodil dəqiq zərbəylə həm özünün, həm də komandasının növbəti qoluna imza atdı. “Sabah” yenə qolun sevincini doyunca yaşamadı. Toralın qapı önünə ötürməsi zamanı təhlükəni sovuşdurmaq istəyən Hadudi diqqətsizlik üzündən avtoqola səbəbkar oldu. Bəlkə də “Qarabağ” məğlubiyyətdən qaça bilərdi. Sadəcə, 76-cı dəqiqədə Tilə qarşı hədsiz kobud oynayan Almeyda komandasını azlıqda qoydu. Təbii ki, “Sabah” fərqi artırmaq istəyirdi. Amma “Qarabağ” buna imkan vermədi. 83-cü dəqiqədə Tellurun zərbəsi dirəkdən döndü. Ümumiyyətlə, son saniyələrə qədər gərgin mübarizənin şahidi olduq. Hesab isə dəyişmədi.

Gözdən qaçmadı
* Oyun bir dəqiqə tez başladı. Həmçinin PFL-in “yutub” kanalı canlı yayına 20.03-də qoşuldu. Qurumdan aldığımız məlumata görə, gecikmənin səbəbi texniki problem imiş.
* Qurban Qurbanov 1-ci hissədə matçda tez-tez yaranan fasiləyə görə baş hakimə əl-qol hərəkətləriylə etiraz etdi.
* İqor Ponomaryov buraxılan hər qoldan sonra aqressiv davranır, futbolçulara qışqırırdı.
* “Soldati di Sabah” “Son nəfəsimizə, son nəfərimizə qədər” sözləri yazılmış pankart açmışdı. Onlar “Şəhidlər ölməz, vətən bölünməz” şüarını “Qarabağ Ordu” və “İmarət Tayfa”dan fərqli 44-cü yox, 45-ci dəqiqədə səsləndirdi.

Yeri gəlmişkən...
“Qarabağ” ölkə kubokunda ilk dəfə 4 qol buraxdı. Ağdamlılar çempionat oyununda isə sonuncu dəfə belə aqibətlə 2012-ci il aprelin 22-də üzləşib. Onlar həmin gün “Bakı”ya 2:4 uduzub. Həmin oyunun üstündən 4309 gün keçmişdi.

KƏNAN BAHADIR

Paylaş:
Digər xəbərlər

Ölkə kuboku / Reportaj

1-02-2024, 21:0

“Qarabağ” Murad Musayevə faciə yaşatdı - REPORTAJ

Premyer-liqa / Reportaj

16-03-2023, 16:0

“Zirə” 4-cü yer uğrunda mübarizədə ağır zərbə aldı - REPORTAJ

Premyer-liqa / Reportaj

19-09-2023, 14:0

Çempion “Sabah”a heç bir şans vermədi - REPORTAJ

Çempionlar Liqası

31-07-2023, 16:0

“Mahaçqalada doğulan qapıçı o qədər də güclü olmayan zərbəni izaholunmaz şəkildə buraxdı”

Manşet / Yazarlar / Avrokuboklar

11-08-2023, 00:0

"Qarabağ" həyəcanlandırdı, "Sabah" sevindirdi, "Neftçi"nin işi Allaha qalıb

Çempionlar Liqası

21-07-2023, 15:0

"Cavab görüşü böyük ölçüdə formal xarakter daşıyırdı”

Aktual
“Qarabağ” erkən qol vursa, oyuna nəzarəti ələ alacaq” – ağdamlılar nədən ehtiyatlanmalıdı?
“Qələbə qazanmağı düşünürük” - yeganə qolun müəllifi danışdı
“Sabah” bu dəfə də ilk oyunu səfərdə keçirəcək – Rumıniyada...
"Hapoel" “Sabah”a rəqib oldu
“Kimsə mənim hansısa məkanda nəsə qeyd etdiyimi görüb?” – Dambrauskas jurnalistlərə sual verdi
“Öz səhvlərimiz üzündən uduzduq” – “Orhus”un baş məşqçisi kürəyini yerə vurmadı
Son xəbərlər
  • Bu gün, 00:57
    PSJ ardıcıl ikinci dəfə Avropa Superkubokunu qazandı
  • Dünən, 23:24
    Bundan sonra İtaliyada oynayacaq
  • Dünən, 22:41
    Dortmundu tərk etdi
  • Dünən, 22:00
    “Qarabağ” erkən qol vursa, oyuna nəzarəti ələ alacaq” – ağdamlılar nədən ehtiyatlanmalıdı?
  • Dünən, 21:17
    Almaniyada iş yerini dəyişdi
  • Dünən, 20:47
    Dünya çempionu ağır zədələndi
  • Dünən, 20:14
    "Sabah" insidentlə bağlı bəyanat yaydı
  • Dünən, 19:45
    Fransadan Almaniyaya yollandı
  • Dünən, 19:16
    ''Beşiktaş''ın sabiq üzvü özünə yeni klub tapdı
  • Dünən, 18:45
    "Şəfa" braziliyalı hücumçu aldı
  • Dünən, 18:13
    “Turan Tovuz” eyforiyadadı?
  • Dünən, 17:34
    “Qələbə qazanmağı düşünürük” - yeganə qolun müəllifi danışdı
  • Dünən, 17:32
    “Meydanda böyük qarşıdurma olacaq” - İqor Kostyuk
  • Dünən, 17:05
    "Nyukasl”ı o da tərk edə bilər
  • Dünən, 16:34
    Fransa çempionu yeni qapıçı aldı
  • Dünən, 16:03
    Litvalıların baş məşqçisi ''Beşiktaş''ı ''Çikaqo Bulls''a bənzətdi
  • Dünən, 15:28
    Yaşıl meydanı tərk etdi
  • Dünən, 14:47
    Qurban Qurbanova təklif - bu dəfə Koxalski yox, Zlomisliç oynasın!
  • Dünən, 14:14
    “İllər məni səbrə salmayıb, səbirdən çıxarıb” – Qurban Qurbanov
  • Dünən, 13:40
    "Sabah"ın "Hapoel"lə oyunlarının məkanı və saatı
  • Dünən, 13:08
    ''Fənərbaxça'' problem yaşamadan pley-offa yüksəldi
  • Dünən, 12:37
    Serbiyalı ulduz ''Beşiktaş'' üçün Türkiyəyə gəlir!
  • Dünən, 12:21
    “Dinamo” Bakıya 25 futbolçu ilə gəldi - ADLAR
  • Dünən, 11:22
    "Sumqayıt"dan növbəti transfer
  • Dünən, 10:51
    Tanınmış məşqçinin anası dünyasını dəyişdi
  • Dünən, 10:20
    Milandan Turinə yollana bilər
  • Dünən, 09:59
    Masazırdakı dava "Sabah" üçün başağrı olacaq... - "Orhus" UEFA-ya şikayət etdi!
  • Dünən, 00:08
    “Sabah” bu dəfə də ilk oyunu səfərdə keçirəcək – Rumıniyada...
  • 11-08-2026, 23:0
    Diqqət, diqqət: “Turan Tovuz” elektron bilet sisteminə keçdi!
  • 11-08-2026, 23:0
    "Hapoel" “Sabah”a rəqib oldu
  • 11-08-2026, 23:0
    “Kimsə mənim hansısa məkanda nəsə qeyd etdiyimi görüb?” – Dambrauskas jurnalistlərə sual verdi
  • 11-08-2026, 22:0
    “Öz səhvlərimiz üzündən uduzduq” – “Orhus”un baş məşqçisi kürəyini yerə vurmadı
  • 11-08-2026, 22:0
    Ramiz Məmmədov keçmiş komandasını darmadağın etdi
  • 11-08-2026, 21:0
    "Sabah" ÇL-nin pley-off mərhələsində! - YENİLƏNİB
  • 11-08-2026, 21:0
    Parisdən Madridə yollandı
Daha çox
Oxunub: 327
Masazırdakı dava "Sabah" üçün başağrı olacaq... - "Orhus" UEFA-ya şikayət etdi!
Oxunub: 282
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
Oxunub: 202
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
Oxunub: 133
“Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
Oxunub: 104
“İlk iş günündə stadion rəhbərliyinə yazılı bildiriş göndəriləcək” – PFL-in təftişinin nəticəsi bəlli oldu
Oxunub: 104
“Avrokuboklarda oynamaq heç bir kluba başqası üzərində üstünlük vermir” - “Xəmsə”dən sərt reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə