FİF “Kəpəz”ə sponsorluqla bağlı danışıq aparır

1.03.2023 20:10 496
Premyer-liqa / Manşet
Bir müddət öncə yerli mediada Futbolun İnkişaf Fondunun (FİF) “Kəpəz” üçün yeni sponsor tapdığı ilə bağlı məlumat yayılmışdı.

Görəsən, qurum bu istiqamətdə hansısa iş görür? FİF-in icraçı direktoru Tural Piriyevin sualımıza cavabı belə oldu:
“Kəpəz”lə bağlı, bir çox digər bölgə klubları ilə olduğu kimi, sponsorluq danışıqlarımız davam edir. Hazırda hansısa nəticədən danışmaq tezdi. Razılıq əldə olunarsa, ictimaiyyətə məlumat veriləcək”.


İLKİN SULTANLI