• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Qarabağ” Murad Musayevə faciə yaşatdı - REPORTAJ

Ölkə kuboku / Reportaj

1-02-2024, 21:0

Masazırda keçirilən oyunda hər iki tərəfin özünəməxsus hədəfləri var idi.

Misli premyer-liqasında uğursuz mövsüm yaşayan “Sabah” üçün kubokda irəliləmək avrokuboklara vəsiqə qazanmaq şansını artırırdı. Bu üzdən komanda matça çox ciddi hazılaşmalıydı. “Qarabağ”ın da məqsədi böyükdü. Ağdam təmsilçisi üç cəbhədə döyüşməsi fonunda büdrəmək istəmirdi. Bilindiyi kimi, 1/4 finalın cavab görüşü fevralın 8-də baş tutacaq. Və həmin ərəfə “köhlən atlar”ın Avropa Liqasının pley-off mərhələsində çətin Portuqaliya səfərinə təsadüf edir. Üstəlik fevralın 11-də ölkə çempionatının 22-ci turunda məhz bu rəqiblə qarşılaşma gözlənilir. Bunları nəzərə alsaq, “Qarabağ”ın “Sabah”la bağlı kubok mübarizəsinin taleyini məhz bu görüşdə həll etməsi gözlənilirdi. Qurban Qurbanovun yetirmələri faktiki istədiyini aldı. Necə?

Oyun qonaqların təzyiqiylə başladı. Ağdamlılar “Bank Respublika Arena”ya gəlişinin səbəbini ilk dəqiqələrdən büruzə verirdi. Onlar rəqibi meydanın özünə aid hissəsinə sıxışdırır, hesabı açmağa tələsirdi. Nəhayət, 20-ci dəqiqədə ilk qol qeydə alındı. Bir neçə dəqiqə əvvəl Zubirin güclü zərbəsini dəf edən Nicat Keytanın qarşısında aciz qaldı. Daha dəqiqi, qolkiper Juninyonun qarşısını almaq məqsədilə önə atıldı ki, braziliyalı hücumçu topu fransalı yarımmüdafiəçiyə ötürdü. Belədə Keyta çox asanlıqla fərqləndi. Burda “Sabah”ın müdafiə xəttinin “kövrəkliyi” üzə çıxdı. Odu ki, “Qarabağ”ın növbəti hücum cəhdləri bir-birini sıraladı. Çox keçmədən – 28-ci dəqiqədə qonaqlar fərqi artırdı. Bu dəfə də Nicatın istəkli olmağa çalışarkən yol verdiyi kobud səhvin şahidi olduq. O, sürətlə cərimə meydançasında daxil olan Juninyonun üzərinə şığıdı ki, hücumçu qapıçını aldadaraq komandasının ikinci qolunu vurdu. Bu ərəfədə “Sabah”ın hansısa kəsərli hücum cəhdindən, rəqibə müqavimət göstərməsindən danışmaq yersiz olardı. Çünki Murad Musayevin yetirmələri aşağı liqa klubunu xatırladırdı. Təbii ki, sərgilədiyi performans baxımından! Birinci hissənin sonuncu qolu isə 45+3-cü dəqiqədə qeydə alındı. Bu dəfə qolkiper yox, “bayquşlar”ın müdafiəçisi Hadudi səhvə yol verdi. O, top uğrunda mübarizədə Juninyoya məğlub oldu. Nəticədə hücumçu Nərimana ötürmə etdi ki, sonuncu fürsəti maksimum dəyərləndirdi.

Murad Musayevin ikinci hissənin başlanğıcında bəzi dəyişikliklər edəcəyi gözlənilirdi. Lakin o, Hadudi ilə Da Silvanı meydandan çıxarsa da, oyun tərzində fərqli sistemdən istifadə etməyə ehtiyac duymadı. Görünür, mütəxəssis fasilədə komandanı “ölüm-qalım” mübarizəsinə kökləmişdi. Amma alınmadı. İkinci yarı “qorxulu yuxu”nun davamı oldu. “Sabah”ın yorğunluğu fonunda “Qarabağ”ın getdikcə sərtləşən futbolçularını izlədik. 55-ci dəqiqədə Romao topu ustalıqla Apehdən alaraq Keytaya ötürdü. Müdafiə xəttindəki növbəti boşluqdan faydalanan futbolçu da Juninyonu vaxtında gördü ki, sonuncu komandasının dördüncü, özünün ikinci qoluna imza atdı. Növbəti epizodlarda “Sabah”ın əvvələ nisbətən daha istəkli, əzmkar çıxışını izlədik. İnsafən, meydan sahiblərinin bir neçə dəqiqə aqresiv oyun göstərdiyini qeyd etməliyik. Ciddi cəhdlərin faydası gecikmədi. Marqaritanın sürəti hesabına bir neçə futbolçunu aldadaraq sağ cinahdan hücum etməsi “Qarabağ”ın müdafiəçilərində çaşqınlıq yaratdı. Niderlandli yarımmüdafiəçi rəqibin cərimə meydançasında olan Sekidikanı vaxtında gördü. Nigeriyalı hücumçu 63-cü dəqiqədə topu sinəsi ilə Lunyova ötürmək istəyən Mateus Silvanın kobud səhvindən yararlanıb komandasının təsəlli qolunu vurdu – 1:4. “Sabah” bu qoldan sonra bir qədər fəallaşdı. Təbii ki, Zubir rəqibin müqavimətini parça-parça edərək komandasının beşinci qoluna imza atana qədər. O, 77-ci dəqiqədə Elvinin “Qarabağ”a qazandırdığı topu sol ayaqla “çərçivə”yə göndərdi. Artıq meydanda “Sabah” adına nəsə görmək mümkün deyildi. Odu ki, növbəti qollar qaçınılmaz oldu. 87-ci dəqiqədə meydana yenicə çıxan Diakabi Zubirin ara ötürməsini qola çevirdi. Artırılan dəqiqələrdə hər iki komandanın qol vurmaq şansı oldu. “Sabah”dan Belfodil “köhlən atlar”ın müdafiəsini yara bilmədiyindən topi itirdisə, “Qarabağ” belə hədiyyəni qəbul etməyə bilməzdi. Belədə Zubir matçda səkkizinci – sonuncu qolu vurdu – 1:7. Nəticədə “Sabah”ın fiaskosu rəsmiləşdisə, “Qarabağ”ı artıq yarımfinala vəsiqə qazanması münasibəti ilə təbrik etmək olar. Musayev, çox güman, bu oyunu heç vaxt unutmayacaq. Qurban Qurbanov ona növbəti dəfə sərt cəza verdi.

KƏNAN BAHADIR

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu / Manşet

30-01-2024, 18:0

“Qurban Qurbanovun məqsədi “qızıl dubl”etməkdi” - “Qarabağ”ın iddiası böyükdü?

Ölkə futbolu / Manşet

19-05-2023, 14:0

“Qarabağ”ın yeganə rəqibi “Sabah” idi - TƏHLİL

Avropa Liqası

18-12-2023, 16:0

“Qarabağ”ın Avropa Liqasının pley-off mərhələsindəki rəqibi müəyyənləşdi

Manşet / Avropa Liqası

6-11-2022, 13:0

"Qarabağ" rəsmisi "Frayburq"la görüşdən sonra baş verən hadisənin səbəbini açıqladı

Premyer-liqa

4-02-2023, 14:0

"Qarabağ"ın müdafiəçisi "Sabah"la oyunda iştirak etməyəcək

Aktual
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
“Agentim “Rakuv”la bir aydan çox danışıq apardı” - Mahir Polşaya niyə qayıtdı?
"Sabah" Finlandiyaya yollandı - Dambrauskas jurnalistlərlə görüşəcək
“Məsələ günahkar axtarmaq yox, oyunu necə xilas etməyi düşünməkdi” - Şahin Diniyev “Neftçi”yə inanır
“Səbail” Türkiyəyə gedir, amma burda yeri yoxdu
ÇSKA-nın “Qarabağ”la “sülh”ü buzları əritdi – komanda ölkəsində tərif eşitdi
Son xəbərlər
  • Dünən, 23:51
    Luka Erlayn Almaniyada klubunu dəyişib.
  • Dünən, 23:14
    İngiltərə klubunu tərk etdi
  • Dünən, 22:44
    FİFA-nın reytinq siyahısında lider oldu
  • Dünən, 22:13
    Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
  • Dünən, 21:44
    Mançesterdən Madridə yollandı
  • Dünən, 21:13
    İngiltərədə iş yerini dəyişə bilər
  • Dünən, 20:42
    "Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
  • Dünən, 20:11
    "Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
  • Dünən, 19:40
    Toral "Şaxtyor"a qarşı oyunun start heyətində
  • Dünən, 19:08
    DÇ-2026-nın arzuolunmaz rəmzi yığmasına kimlər düşdülər?
  • Dünən, 18:37
    Təxminən 4 ay “istirahət edəcək”
  • Dünən, 18:06
    “Milan”ı tərk etməyəcək
  • Dünən, 17:35
    "Çempionatın startına kimi komanda daha yaxşı hazır olacaq" - Zaur Həşimov
  • Dünən, 17:03
    Salibanı kim əvəz edəcək?
  • Dünən, 16:32
    Mahir start heyətində!
  • Dünən, 16:00
    İngiltərədə klubunu dəyişdi
  • Dünən, 15:32
    Yeniyetmə istedad “Liverpul”a qoşuldu
  • Dünən, 15:11
    “Agentim “Rakuv”la bir aydan çox danışıq apardı” - Mahir Polşaya niyə qayıtdı?
  • Dünən, 14:53
    Zambiyalı futbolçu "Kəpəz"də
  • Dünən, 14:32
    Gözlənilən təyinat rəsmiləşdi
  • Dünən, 14:01
    Qapıçı ilə müqavilə yeniləndi
  • Dünən, 13:40
    "Sabah" Finlandiyaya yollandı - Dambrauskas jurnalistlərlə görüşəcək
  • Dünən, 13:19
    "Şamaxı" Qətər klubu ilə üz-üzə
  • Dünən, 12:58
    Klubuna daha bir il gərək oldu
  • Dünən, 12:27
    “Məsələ günahkar axtarmaq yox, oyunu necə xilas etməyi düşünməkdi” - Şahin Diniyev “Neftçi”yə inanır
  • Dünən, 12:01
    İngiltərə futbolunda böyük itki
  • Dünən, 11:33
    Qarsiyaya xələf olacaq
  • Dünən, 11:00
    Dünya çempionu əməliyyat olunacaq
  • Dünən, 10:30
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 10:00
    Göz yaşlarını saxlaya bilmədi
  • Dünən, 00:47
    "Neftçi" PAOK-a uduzdu, mübarizəni dayandırdı
  • Dünən, 00:20
    İtaliya klubunda yeni müqavilə
  • 25-07-2026, 23:0
    İngiltərə klubunda yeni oyunçu
  • 25-07-2026, 22:0
    “Məncə, problem təkcə nəticələrdə deyil” - azarkeşlər avrokubok oyunlarına niyə maraq göstərmir?
  • 25-07-2026, 22:0
    London klubunda yeni oyunçu
Daha çox
Oxunub: 212
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 137
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
Oxunub: 123
“Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
Oxunub: 106
“Sabah” üçün çətin, “Neftçi” üçün mümkünsüz vəzifə! - onlar rəqiblərə yerini göstərə biləcəkmi?
Oxunub: 101
“Neftçi”nin səhvlərini yalnız yeniyetmələrdən ibarət komandalar edə bilər” - belaruslular da şoka düşüb
Oxunub: 89
Maluda ilə bağlı qeyri-müəyyənlik – fransalı cavab matçında oynayacaqmı?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə