Görəsən, onların həmin yerdə əyləşməsinə icazə icazə varmı? Və ya öz komanda yoldaşlarına yaxın olmaları daha məqsədəuyğun olmazdı?
"Football-plus.az" olaraq, bu suallarla "Sabah"ın mətbuat xidmətinin rəhbəri Elnur Həmidova müraciət etdik. Onun dedikləri:
"PFL-in Əsasnaməsinə görə, qonaq komandaya VİP sektorda yerlər ayrılmalıdı. Buna əsasən, "Turan Tovuz"un üzvlərini biletlə təmin etmişdik. Həmin biletlərdən kimin yararlanmasına isə qonaq komanda qərar verir".
KAMAL SƏFƏR




