Bilindiyi kimi, Masazır təmsilçisi Misli premyer-liqasının 21-ci turu çərçivəsində fevralın 3-də “Turan Tovuz”u qəbul edəcək. Belədə komandanın meydana kimin rəhbərliyi altında çıxacağı maraq doğurur. Bununla bağlı məlumat almaq üçün "Sabah"ın mətbuat xidmətinin rəhbəri Elnur Həmidova müraciət etdik. Onun "Football-plus.az"a dedikləri:
"Qarşıdakı saatlarda bu barədə açıqlama verəcəyik. Hələ ki bununla bağlı dəqiq qərar qəbul edilməyib".
KAMAL SƏFƏR




