"Turan Tovuz" "Sabah"a qalib gəldi

9.09.2023 19:37 290
Ölkə futbolu
Milli komandanın oyunu ilə bağlı çempionatda yaranan fasilədən istifadə edən “Sabah”la "Turan Tovuz" bu gün yoxlama oyununda üz-üzə gəlib.

"Football-plus.az" xəbər verir ki, “Bank Respublika Arena”da keçirilən görüşdə Tovuz təmsilçisi 3:2 hesablı qələbə qazanıb.

Qeyd edək ki, Misli premyer-liqasında "Turan Tovuz" 9 xalla 2-ci, "Sabah" 4 xalla 8-cidi.