"Turan Tovuz" "Neftçi"dən bu futbolçunu icarəyə götürdü

29.06.2022 15:27 592
Premyer-liqa
"Turan Tovuz" daha bir futbolçu ilə güclənib.

"Football-plus.az" xəbər verir ki, bölgə təmsilçisi “Neftçi”yə məxsus olan Turan Vəlizadəni icarəyə götürüb.

Gənc futbolçu icarə əsasında 1 il "Turan Tovuz"un formasını geyinəcək.

Qeyd edək ki, "Turan Tovuz" Kamal Bayramov, Şəhriyar Əliyev, Tərlan Quliyev, Tərlan Əhmədli, Şakir Seyidov və Veysəl Rzayevi də heyətinə cəlb edib.