Araz Abdullayev debüt etdi

28.08.2023 12:58 256
Dünya futbolu
Azərbaycanlı futbolçu Araz Abdullayev yeni klubu “Lapi"də rəsmi debüt edib.

"Football-plus.az" xəbər verir ki, o, Kosovo Superliqasının 3-cü turunda “Fuşe Kosova"ya qarşı səfər matçında oynayıb. Görüş “Lapi”nin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Araz 84-cü dəqiqədə meydana daxil olub.

“Fuşe Kosova” - “Lapi” - 1:2
Krasniqi, 29 (1:0), Blakçori, 49(1:1), Hayseni, 76 (1:1)

3 turdan sonra 6 xal toplayan "Lapi" turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.