Sabah Ağabala üçün yaddaqalan gün ola bilər – Şahin Diniyev ümidlidi

23.01.2024 23:50 971
Ölkə futbolu / Manşet
“Səbail”in zədəli kapitanı Ağabala Ramazanovun müayinə olunmaq üçün Türkiyəyə yollandığını xəbər vermişdik. Qardaş ölkənin həkimlərinin yekun rəyindən sonra futbolçunun gələcək karyerasıyla bağlı mühüm suallara aydınlıq gələcəkdi.

Bununla bağlı “Səbail”in baş məşqçisi Şahin Diniyevlə əlaqə saxlayıb son durumu öyrəndik. Mütəxəssis “Football-plus.az”a açıqlamasında hələ ki hansısa yeniliyin olmadığını dedi. Daha dəqiq məlumat üçün özünü dinləyək:

“Həkimlər bu gün Ağabalanı müayinə edəcəklər. Yekun cavab və cavaba uyğun qərarlar isə sabah alınacaq. Ümid edirik ki, hər şey istədiyimiz kimi olacaq. Bir daha Ağabalaya Allah şəfa versin”.

Xatırladaq ki, “dənizçilər”in kapitanı 12-ci turun "Turan Tovuz"la ev oyunundan – noyabrın 3-dən bəri yaşıl meydana həsrətdi. O, rəqibin müdafiəçisi Faiq Hacıyevlə mübarizə zamanı başından və çənəsindən ağır zərbə almışdı.

KƏNAN BAHADIR