“Football-plus.az” saytı olaraq zədəlilərin son durumunu öyrənmək məqsədilə “Qəbələ”nin mətbuat xidmətinin rəhbəri Anar Hacıyevlə əlaqə saxladıq:
“Hər iki futbolçunun durumu ciddidi. Asif Məmmədovda axil vətərinin yırtılması aşkarlandı. Bu üzdən dərhal Türkiyənin paytaxtı Ankaradakı xəstəxanalardan birinə çatdırılaraq əməliyyat olundu. Həkimlərin rəyinə əsasən, sabah vətənə dönmək ehtimalı var. Nə premyer-liqa matçlarında, nə də ölkə kubokunun finalında oynayacaq. Əvvəlki sağlamlığına qovuşması üçün təxmini 3-4 ay müalicə dönəmi keçməlidi.
Ferasın vəziyyəti də ürəkaçan deyil. Dizindən ağır xəsarət alıb. Növbəti dəfə müayinə olunacaq. O da əməliyyat oluna bilər. Ümid hələ də var. Lakin çox güman, onun üçün də mövsüm erkən bitdi”.
Ferasın vəziyyəti də ürəkaçan deyil. Dizindən ağır xəsarət alıb. Növbəti dəfə müayinə olunacaq. O da əməliyyat oluna bilər. Ümid hələ də var. Lakin çox güman, onun üçün də mövsüm erkən bitdi”.
KƏNAN BAHADIR





