Misli premyer-liqasının 19-cu turunda "Qarabağ" "Araz-Naxçıvan”ı məğlub edib - 3:1.
“Football-plus.az” xəbər verir ki, oyundan sonra qonaqların baş məşqçisi Azər Bağırovun mətbuat konfransı keçirilib. Sizi onun fikirləri ilə tanış edirik:
“Maraqlı oyun idi. Üçüncü-dördüncü dövrələr bizim üçün maraqlı olacaq. Yeni futbolçulardan razı qaldım. “Qarabağ”ı təbrik edirəm”.
- Komanda 1-2-ci dövrələrdə daha yaxşı çıxış edirdi. Düşünürdük ki, fasilədə bəzi boşluqlar doldurulsun. Amm bu gün müdafiədə boşluqlar hiss olunurdu.- Bu gün yeni yaramış “Araz-Naxçıvan” Avroliqada komandaları çökdürən komandaya qarşı oynayırdı. Burda səhvlərimiz görünməli idi. Biz “Qarabağ”la başa-baş oynaya bilməzdik. Uşaqlar çalışırdılar. Oyunçularımızı sınamağa çalışırdıq. “Qarabağ”a qarşı oynamaq çətindi. Bacardığımız qədər yaxşı çıxış etməyə çalışdıq.
- Yeni legionerlər dəvət olunacaq?- İstəyirik dəvət edək. Seleksiyalarımız davam edir. Yaxşı oyunlarımızdan sonra yəqin ki, gələnlər olacaq. Hücum xəttinə oyunçu istəyirik. 3-4 oyunçu dəvət edirik, amma qol vura bilmirik.
- İlk hissəyə nisbətən ikinci hissədə daha yaxşı çıxış etdi komanda. Sizcə, bütün oyunda belə çıxış etmək üçün nə çatmadı?- “Qarabağ” çox vaxt qarşımızda sədd qoyurdu. Onlar imkan verdikcə oynayırdıq. İkinci hissədə ola bilsin ki, bəzən pressinq etdik, bunlar uğurlu alındı.
- Hakimlikdən razısınız?- Onlar barəsində nəsə demək olmaz. Gəncdilə. Oyunda ciddi səhv olmadı.
- Maşikeni əvəz etdiniz, bu nə ilə bağlı idi?- Hər bir futbolçunun oyunda funksiyası var. Bəzən oyunçunu buraxırıq ki, rəqibi yorsun. Düşündük ki, Maşike ilə rəqibi birinci hissədə yoraq, ikinci hissədə isə Orxanla nələrəsə nail olaq.