21 yaşadək futbolçulardan ibarət millimiz bu gün Oman U-23 yığması ilə ikinci yoxlama oyununu keçirəcək.
"Football-plus.az" xəbər verir ki, Rəşad Eyubovun baş məşqçisi olduğu komanda rəqibi ilə yenidən “Bank Respublika Arena”da qarşılaşacaq.
Görüş saat 17.00-da başlayacaq.
Komandalar noyabrın 14-də keçirilən ilk oyunda da üz-üzə gəliblər. Həmin qarşılaşmada millimiz 2:1 hesabı ilə qalib gəlib. Yığmamızın hər iki qolunu Niyazi Osmanov vurub.
Yığmamız Omanı yenə məğlub edə biləcəkmi?
Ölkə futbolu





