“Çelsi”də oktyabr ayının ən yaxşı oyunçusu müəyyənləşib.
Bu nominasiyanın qalibi Morqan Rocers olub. İngilis futbolçu klubunda bütün həmkarlarını arxada qoyub. 24 yaşlı Morqan ötən ay meydana çıxdığı 5 oyunda 3 qol vurub. O, ayın ən yaxşı oyunçusu adı uğrunda mübarizədə Romeo Laviya, Mayk Penders, Pedru Netu və Cordan Hendersonu arxada qoyub.
Rocers bu mövsüm “Çelsi”də keçirdiyi 13 oyunda 6 qolun və 4 məhsuldar ötürmənin müəllifi olub.
3 qol vurdu, klubunda hamını arxada qoydu
Dünya futbolu





