Millimiz Sumqayıtda İraqla qarşılaşır

17.11.2026 12:24 0
Ölkə futbolu
Noyabrın 9-dan Qəbələdə təlim-məşq toplanışında olan 20 yaşadək futbolçulardan ibarət millimiz hazırlığını Bakıda davam etdirir.

"Football-plus.az" xəbər verir ki, Ruy Jorjenin çalışdırdığı kollektiv bu gün İraq yığması ilə yoxlama matçında üz-üzə gələcək.

Sumqayıtdakı “SOCAR Polymer Arena”da keçiriləcək görüş saat 19.00-da başlayacaq.

Komandalar noyabrın 20-də daha bir yoxlama oyununda qarşılaşacaqlar. Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil olunacaq matç saat 16.00-da start götürəcək.