Marandiçi ilə Stina Farer adalarına uduzdu

17.11.2026 11:20 0
Dünya futbolu
Moldova milli komandası Millətlər Liqasının C Liqasında növbəti oyununu keçirib.

"Football-plus.az" xəbər verir ki, Farer adalarının qonağı olan komanda 0:1 hesabı ilə uduzub.

Moldova millisinin heyətində "Turan Tovuz"un futbolçusu Denis Marandiçi 79-cu, "Kəpəz"in üzvü Viktor Stina isə 46-cı dəqiqədə meydana daxil olub. Farer adaları millisində qolu Aki Samuelsen 24-cü dəqiqədə vurub.

Qrupda Moldova millisi 7 xalla üçüncü, Farer adaları isə 8 xalla ikinci yeri tutub.