Millimizin üzvü xəstəxanadan evə buraxıldı

7.12.2023 13:09 231
İdman
Millimizin və "Xarı Bülbül" klubunun əməliyyat olunan voleybolçusu Tural Həsənli xəstəxanadan evə buraxılıb.

"Football-plus.az" xəbər verir ki, bu barədə Voleybol Federasiyası məlumat yayıb.

Bildirilib ki, özünü yaxşı hiss edən 33 yaşlı oyunçu müalicəsinə ev şəraitində və həkim nəzarətində davam edəcək.

Qeyd edək ki, dekabrın 1-də səhhətində ciddi problem yaranan Tural Həsənli daxili qanaxma və bağırsaq partlaması diaqnozu ilə əməliyyat olunmuşdu.