Görəsən, Elxan bəyin son durumu necədi? Tibbi müdaxilə uğurlu alınıbmı? Müalicənin axarı necə olacaq?
Sualları PFL-in mətbuat xidmətinin rəhbəri Sənan Abdullayevə ünvanladıq. Onun "Football-plus.az"a söylədikləri:
"Tibbi cəhətdən necə keçdiyini deyə bilmərəm, amma hazırda hər şey normaldı. Məndə olan məlumata görə, ən azı yaxın zamanda daha bir əməliyyata ehtiyac olmayacaq. Türkiyədə qalacağı müddətlə bağlı konkret bir şey deyə bilmərəm. Çünki bu məsələ həkimlərin müşahidələrinə bağlıdı".
KƏNAN BAHADIR



