19 yaşadək futzalçılardan ibarət yığmanın baş məşqçisi Ağatahir Əzimovun səhhətində problemlər yarandığına görə əməliyyat olunub.
“Football-plus.az” olaraq təcrübəli mütəxəssisin sağlamlığı ilə maraqlandıq. Ağatahir bəy bizimlə söhbətində artıq xəstəxanadan evə buraxıldığını dedi:
“Ağır və ağrılı olsa da, uğurlu əməliyyat keçirdim. Ürəyimə damar əlavə edildi. Dünəndən etibarən müalicəm evdə davam edir. Özümü yaxşı hiss edirəm.
Bir neçə həftə sonra vəzifəmin başında olacam. Məşqlərimiz davam edəcək. Təəssüf ki, əvvəlki performansıma qayıtmaq üçün uzun vaxt lazımdı. Buna baxmayaraq, komandamın yanında olmaq arzusundayam”.
KƏNAN BAHADIR