Neapolda növbəti transfer əməliyyatı

21.01.2024 23:42 174
Dünya futbolu
Aparıcı hücumçusu Viktor Osimhenin Afrika Millətlər Kubokunda çıxış etməsi “Napoli”ni bu mövqeyə yeni oyunçu almağa vadar edib.

"Football-plus.az" xəbər verir ki, İtaliyanın son çempionu “Verona”dan Siril Nqonqu heyətinə cəlb edib. Onunla bağlanan müqavilənin müddəti açıqlanmayıb. İtaliya mənbələri 23 yaşlı vinger üçün “Verona”ya 20 milyon avro ödənildiyini xəbər verib.

Belçikalı futbolçu bu mövsüm veronalıların heyətində 21 matçda meydana çıxıb, 6 qol vurub və 2 məhsuldar ötürmə edib.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul