“Napoli” heyətinə yeni futbolçu cəlb edib. İtaliyanın son çempionu aparıcı oyunçularından biri ilə müqaviləni də yeniləyib.
"Football-plus.az" xəbər verir ki, “Braqantino”dan Natan transfer edilib. 22 yaşlı müdafiəçi ilə 5 illik müqavilə imzalanıb. Onun yeni klubundakı illik maaşı 1,1 milyon avro olacaq. “Napoli”nin gənc futbolçu üçün Braziliya klubuna təxminən 10 milyon avro təzminat ödəyəcəyi də xəbər verilir.
Yeri gəlmişkən, Covanni Di Lorentso klubu ilə yenidən anlaşıb. Komandanın 29 yaşlı kapitanı ilə müddəti 2028-ci ilin yayına qədər nəzərdə tutulan yeni müqavilə imzalanıb. Covanni “Napoli”də 2019-cu ildən oynayır. O, ötən mövsüm A seriyasında keçirdiyi 37 matçda 3 qol vurub və 4 məhsuldar ötürmə verib.