İtaliya çempionunda daha bir yeni futbolçu

13.08.2023 23:30 200
Dünya futbolu
“Napoli” heyətinə daha bir yeni futbolçu cəlb edib.

"Football-plus.az" xəbər verir ki, A seriyasının son çempionu “Reyms”dən Yens Kayusteni transfer edib.

23 yaşlı yarımmüdafiəçi ilə 5 illik sözləşmə imzalanıb. “Napoli” bu futbolçuya görə 12 milyon avro ödəyəcək.

Kayuste “Reyms”ə bir il əvvəl “Midtüllann”dan keçmişdi. O, son mövsümdə bütün turnirlərdə 33 oyunda meydana çıxıb, 4 qol vurub və 1 məhsuldar ötürmə edib.