Osimhenin qiyməti şahə qalxdı

27.12.2023 16:57 236
Dünya futbolu
Artıq Viktor Osimhen ilə bağlı şayiələr əhəmiyyətini itirib.

"Football-plus.az" xəbər verir ki, buna özü və klubu son qoyub.

“Napoli” aparıcı hücumçusu ilə müqaviləni yeniləyib. Nigeriyalı futbolçu ilə sözləşmənin müddəti 2026-cı ilin iyununa kimi uzadılıb. Viktorun yeni satış qiyməti də müəyyənləşib. Onu almaq istəyən klub “Napoli”nin xəzinəsinə 130 milyon avro köçürməli olacaq.

Qeyd edək ki, Osimhen İtaliya klubuna 2020-ci ildə “Lill”dən keçib. 24 yaşlı futbolçu ötən müddətdə bütün turnirlərdə 119 oyuna çıxıb, 67 qol vurub, 17 məhsuldar ötürmə edib.