Orxan "Qarabağ"a qarşı oynaya biləcək, İsmail isə... - YENİLƏNİB

21.01.2024 12:45 502
Ölkə futbolu / Manşet
"Araz-Naxçıvan"ın futbolçularından Orxan Əliyev komanda ilə məşqlərə qoşulub. Yəni, o, "Qarabağ"la matçda meydana çıxa bilər. İsmail Azzazuinin isə sözügedən matçda iştirak edə bilməyəcəyi dəqiqləşib.

Bu barədə "football-plus.az"a kollektivin baş məşqçisi Azər Bağırov məlumat verib.

***
00.15

"Araz-Naxçıvan"ın futbolçuları Orxan Əliyev və İsmail Azzazuinin zədəli olduğunu xəbər vermişdik.

Xatırladaq ki, onlar bu üzdən komandanın qış təlim-məşq toplanışında iştirak edə bilməyib.

Bəs, oyunçuların son durumu necədi? Görəsən, Muxtar Respublika təmsilçisinin Misli premyer-liqasının 19-cu tur çərçivəsində "Qarabağ"a qarşı keçirəcəkləri matçda iştirak edə biləcəklər?

Bu suallarla "Araz-Naxçıvan"ın mətbuat xidmətinin rəhbəri Mahal Məmmədova müraciət etdik. Onun "football-plus.az"a söylədikləri:

"Hər ikisi fizioterapevtin nəzarəti altında fərdi məşqlər edir. Vəziyyətləri yaxşıya doğru gedir. Orxanın "Qarabağ"la oyunda meydana çıxmaq şansı daha çoxdu. Çox güman ki, İsmail bu görüşdə iştirak edə bilməyəcək".

Qeyd edək ki, "qırmızı-ağlar" yanvarın 23-də "köhlən atlar"ın qonağı olacaq. "Tofiq Bəhramov"da keçiriləcək görüş saat 19.00-da başlayacaq.

KƏNAN BAHADIR