"Araz-Naxçıvan" - "Qarabağ" oyununun məkanı dəyişdi

23.10.2023 17:53 302
Premyer-liqa
Misli premyer-liqasının 11-ci turunun "Araz-Naxçıvan" - "Qarabağ" oyununun baş tutacağı məkan dəyişdirilib.

“Araz-Naxçıvan” Peşəkar Futbol Liqasına rəsmi müraciət edərək qadınlar arasında Millət Liqası çərçivəsində 31 oktyabrda baş tutacaq Azərbaycan – Monteneqro matçının “Dalğa Arena”da keçirilməsi, yaranmış qrafik sıxlığı və ot örtüyünün qorunması səbəbindən görüşün Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilməsini xahiş edib.

“Araz-Naxçıvan” ın rəsmi müraciətini, “Qarabağ”ın razılığını əsas götürən Peşəkar Futbol Liqası qarşılaşmanın Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilməsinə qərar verib.

Matç təqvimdə olduğu kimi "Araz-Naxçıvan" - "Qarabağ" oyunu kimi keçiriləcək və 30 oktyabr saat 19.00-da başlanacaq.