Dünən “Zirə” ilə “Araz-Naxçıvan” arasında yoxlama oyunu keçirildi.
“Qartallar”ın 2:1 hesablı qələbəsiylə başa çatan matçda “qırmızı-ağlar”ın iki futbolçusu zədələndi. Söhbət Orxan Əliyevlə İsmail Azzazuidən gedir.
“Football-plus.az” olaraq, “Araz-Naxçıvan”ın mətbuat xidmətinin rəhbəri Mahal Məmmədovla əlaqə saxlayıb oyunçuların sağlamlıq durumunu öyrəndik. Klub rəsmisi Orxanın ayağında ağrıların davam etdiyini, İsmailin isə topuğuyla bağlı problem yaşadığını dedi. Yəni ikisinin də zədəsi ciddidi. Bu üzdən hər biri maqnit-rezonans tomoqrafiyasından keçəcək. Lakin futbolçular Qəbələdə keçiriləcək toplanışdan kənarda qalmayacaq. Onlar fizioterapevt dəstəyi ilə məşqlərə davam edəcək.
KƏNAN BAHADIR