"Araz-Naxçıvan"da ciddi itkilər

22.10.2023 14:36 239
Premyer-liqa
Misli premyer-liqasının 10-cu turunda bu gün “Qəbələ”nin qonağı olacaq “Araz-Naxçıvan” dünən Qəbələ şəhər stadionunda oyunöncəsi son məşqini reallaşdırıb.

"Football-plus.az" xəbər verir ki, zədəli olduğuna görə İsmail Azzaui hazırlıq prosesində iştirak etməyib. O, bu gün keçiriləcək matçda komandaya kömək edə bilməyəcək. Vanderson isə cəzalı – passivində 4 sarı vərəqə olduğuna görə qarşılaşmanı kənardan izləyəcək.

Qeyd edək ki, “Qəbələ” – “Araz-Naxçıvan” oyunu bu gün saat 16.30-da başlayacaq və "CBC Sport"la canlı yayınlanacaq.