Stiv Mandanda “Renn”də daha uzun müddət çıxış edəcək. Onunla müqavilə yenilənib.
"Football-plus.az" xəbər verir ki, Fransa klubunun rəsmi saytının yaydığı məlumata görə, 38 yaşlı fransalı qapıçı ilə müqavilənin müddəti 2025-ci ilin yayına qədər uzadılıb. Mandanda “Renn”ə 2022-ci ilin yayında azad agent kimi “Marsel”dən keçib. Hazırkı komandasında 64 oyun keçirən DÇ-2018-in qalibi daha əvvəl “Havr” və “Kristal Pelas”da da çıxış edib.