Dünya çempionu ilə müqavilə yeniləndi

24.05.2023 17:53 231
Dünya futbolu
Lukas Podolski “Qurnik”lə yeni müqavilə imzalayıb.

"Football-plus.az" xəbər verir ki, bu barədə Polşa klubunun rəsmi saytı məlumat yayıb.

37 yaşlı futbolçunun yeni sözləşməsinin müddəti 2025-ci ilin yayına qədər nəzərdə tutulub. Qeyd edək ki, Podolski “Qurnik”də 2021-ci ildən çıxış edir. Almaniya yığması ilə DÇ-2014-ün qalibi olan hücumçu Zabje klubunda 59 oyuna 16 qol vurub və 14 dəfə məhsuldar ötürmə edib.