Milli komandanın yeni rekordçusu oldu

1.12.2022 15:23 299
DÇ 2026
Stiv Mandanda Fransa yığmasında yeni rekord müəyyənləşdirib.

Football-plus.az xəbər verir ki, qapıçı milli komandanın tarixinə ən yaşlı futbolçu kimi düşüb.

Mandanda buna DÇ-2022-nin qrup mərhələsinin 3-cü turunun Tunislə oyununda (0:1) meydana çıxmaqla nail olub. Əvvəlki rekord 2000-ci ilin sentyabrında İngiltərə ilə oyunda iştirak edən Bernar Lamaya məxsus idi - 37 yaş 148 gün.