38 yaşında da klubuna gərək oldu

11.01.2024 13:14 231
Dünya futbolu
Stiv Mandanda “Renn”də daha uzun müddət çıxış edəcək.

"Football-plus.az" xəbər verir ki, onunla müqavilə yenilənib.

38 yaşlı fransalı qapıçı ilə müqavilənin müddəti 2025-ci ilin yayına qədər uzadılıb. Mandanda “Renn”ə 2022-ci ilin yayında azad agent kimi “Marsel”dən keçib.

Hazırkı komandasında 64 oyun keçirən DÇ-2018-in qalibi daha əvvəl “Havr” və “Kristal Pelas”da da çıxış edib.