Stiv Mandanda “Marsel”dən ayrılıb.
"Football-plus.az" xəbər verir ki, tərəflər qarşılıqlı razılaşma əsasında müqaviləyə xitam veriblər. 37 yaşlı futbolçu komandada 2007-ci ildən çıxış edirdi. O, ötən mövsüm bütün turnirlərdə iştirak etdiyi 20 oyunda 15 qol buraxmışdı. Mandandanın “Marsel”də keçirdiyi 613 matçın hamısında start heyətində meydana çıxdığını da qeyd edək.
Fransalı qapıçının “Renn”ə gözlənilən keçidi də rəsmiləşib. Stiv bu klubla 2 illik müqavilə bağlayıb.