Anton oynadı, komandası uduzdu

11.11.2023 20:55 203
Dünya futbolu
Cənubi Koreya çempionatında 36-cı turun matçları keçirilir.

"Football-plus.az" xəbər verir ki, millimizin üzvü Anton Krivotsyukun formasını geyindiyi “Daejeon” bu turda evdə “Qanqvon”la qarşılaşıb və məğlub olub - 0:1.

Anton bu görüşdə əsas heyətdə meydana çıxıb və sona kimi meydanda qalıb.