Coşqunla Bəxtiyar oynadı, komandaları “sülh bağladı”

7.11.2023 10:31 211
Dünya futbolu
Türkiyə 1-ci liqasında 11-ci turun oyunları keçirilib.

"Football-plus.az" xəbər verir ki, dünən azərbaycanlı futbolçuların formasını geyindiyi komandalar üz-üzə gəlib.

Coşqun Diniyevində çıxış etdiyi “Ümraniyəspor” doğma meydanda Bəxtiyar Həsənalızadənin də oynadığı “Tuzlaspor”u qəbul edib. Matçda qalib müəyyənləşməyib – 1:1.

Futbolçuların hər ikisi start heyətdə meydana çıxıb və 90 dəqiqə mübarizə aparıb.

11 turdan sonra “Ümraniyəspor” 9 xalla 16-cı, 8 xalı olan “Tuzlaspor” isə 17-cidi.