Vüqar oynamadı, komandası uduzdu

24.05.2022 11:27 463
Dünya futbolu
Latviya çempionatında XV turun oyunları keçirilib.

"Football-plus.az" xəbər verir ki, millimizin sabiq forvardı Vüqar Əsgərovun formasını geyindiyi “Super Nova” növbəti maçtına çıxıb.

Onlar RFS klubu ilə üz-üzə gəlib. Əsgərovun komandası bu oyunda 0:3 uduzub.

Vüqar bu görüşün iştirakçısı olmayıb. Onun adı matçın iştirak ərizəsinə də daxil edilməyib.

​“Super Nova” 15 turdan sonra 4 xalla 10 iştirakçı arasında sonuncu pillədə qərarlaşıb.