Millimizin üzvü oynamadı, komandası qələbə qazandı

23.12.2023 21:24 253
Dünya futbolu
Türkiyədə 1-ci liqanın 17-ci turunun bir sıra oyunları baş tutub.

"Football-plus.az" xəbər verir ki, millimizin müdafiəçisi Bəxtiyar Həsənalızadənin formasını geyindiyi “Tuzlaspor” “Gənclərbirliyi”nin qonağı olub.

Qarşılaşma qonaqların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Həsənəlizadə bütün oyunu ehtiyat oyunçular skamyasında keçirib.

"Tuzlaspor" 16 xal toplayaraq turnir cədvəlinin 15-ci pilləsində qərarlaşıb.