“Football-plus.az”ın bununla bağlı sualını naxçıvanlıların baş məşqçisi Azər Bağırov cavabladı: “Bildiyiniz kimi, dünəndən burdayıq. Məşqlərimizdə heç bir problem yoxdu. Hava soyuq da olsa, günəşlidi. Bu gün iki məşq keçirəcəyik”.
Bildiyiniz kimi, “Araz-Naxçıvan” Rəhim Sadıxovun transferi üçün “Zirə”yə 30 min manat təklif etməsi haqda xəbərlər gəzir. Eyni zamanda, “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov da klubunun futbolçu satışından pul qazanmaqda maraqlı olduğunu gizlətmir. Azər bəyə bununla bağlı da sual ünvanladıq. Onun cavabı qəti oldu:
“Hazırda bu mövzu gündəmimizdə deyil”.
KAMAL SƏFƏR






