“Araz Naxçıvan” Bakıya sığınacaq - AÇIQLAMA

12.01.2023 13:39 565
I liqa / Manşet
Ölkə futbolunda yaranan fasiləylə əlaqədar 1-ci divizion klubları da təlim-məşq toplanışına start verib.

Aşağı liqa komandaları ölkə daxilində hazırlıq keçirir. Onlardan biri də "Araz Naxçıvan"dı. Muxtar Respublika təmsilçisinin qış planlarını öyrənmək üçün baş məşqçisi Azər Bağırovla əlaqə saxladıq. Onun “Football-plus.az” saytına açıqlaması belə oldu:

"Yanvarın 7-dən Naxçıvanda toplanışa start vermişik. Hələ ki burda məşq edəcəyik. Ayın 20-dən isə Bakıda təlim-məşq toplanışının 2-ci mərhələsinə start verəcəyik. Paytaxtda 12 gün hazırlıq və yoxlama oyunları keçirəcəyik. Ümumilikdə 4 qarşılaşma nəzərdə tutulub. Rəqiblərimiz "Qaradağ Lökbatan", "Neftçi-2", "Zirə-2" və MOİK-di".


ABDULLA İSMAYILOĞLU