"Football-plus.az" xəbər verir ki, bu dəfə söhbət ''Milan''ın ulduzu Rade Kruniçdən gedir. İstanbul nəhəngi bu futbolçunu hələ mövsümün əvvəlində heyətinə qatmağa yaxın idi. Amma o vaxt ''Milan''ın tələb etdiyi məbləğ üzündən keçid baş tutmamışdı. Bu dəfə isə klublar ortaq məxrəcə gəlməyi bacarıblar. Kruniç ''rossonyerlər''də mövsümə əsas heyət üzvü kimi başlasa da, sonradan bu statusu itirdi. Son matçlarda onun adı heç iştirak ərizəsinə də salınmırdı.
İddialara görə bu transfer 5 milyon avroya artıq başa çatıb. Yayda isə ''Milan'' 10 milyon avro tələb edirdi. ''Milan''ın rəsmisi Corcio Furlaninin son sözlərindən də belə başa düşmək olar ki, 30 yaşlı bosniyalı yarımmüdafiəçi karyerasını Türkiyədə davam etdirəcək:
''Kruniçin transferi məsələsində hər şey qaydasında irəliləyir. Ona bol şanslar arzulayıram. Ümid edirəm ki, ''Fənərbaxça''da özünü göstərməyi bacaracaq''.
Bonuççinin transferində olduğu kimi bu keçiddə də Edin Cekonun rolu az olmayıb. Ceko ilə Bonuççi eyni menecerlik şirkəti ilə əməkdaşlıq edirsə, Ceko ilə Kruniç Bosniya yığmasında birlikdə top qovur. Təcrübəli futbolçunun müqavilə müddəti bəlli olmasa da, onun yeni klubunda illik təxminən 3 milyon avro qazanacağı gözlənilir. Kruniç ya cümə, ya da şənbə günü İstanbula gələcək. Bu futbolçu cari mövsüm ''Milan''da 14 rəsmi oyuna çıxıb və qol, məhsuldar ötürmə ilə fərqlənməyib.
ƏLİ






