PSJ – Tuluza 2:0
PSJ: Donnarumma, Hakimi, Markinyos, Şkrinyar (Beraldo, 71), L.Ernandes, Zair-Emeri, Vitinya, Li Kan İn, Dembele (Asensio, 66), K.Mbappe, Barkola (Kolo Muani, 66).
Tuluza: Rest, Mavissa Elebi (Kamanzi, 76), Diarra, Nikolaysen, Suaso, Kasseres, Spirinqs, Syerro (Sissoko, 76), Dennum (Maqri, 66), Helabert (Skyuttya, 66), Dallinqa.
Qollar: Li Kan İn, 3 (1:0). K.Mbappe, 44 (2:0).
Vərəqələr: Vitinya, 46. L.Ernandes, 77 – sarı.
Hakim: Hakim Ben Əl-Haci (Lion).
3 yanvar. Paris. 43792 tamaşaçı.
"Football-plus.az" xəbər verir ki, avqustda Taylandda keçirilməli olan bu oyun ölkədə kral ailəsi ilə bağlı yaranan problem üzündən təxirə salınmışdı. Çempionatda 16-cı pillədə qərarlaşan komandanın liderə müqavimət göstərəcəyini gözləməyə dəyməzdi. Artıq 3-cü dəqiqədə Li Kan İn hesabı açdı, hissənin sonunda Mbappe fərqi artırdı. 2-ci hissədə kubokun son sahibi nəsə etməyə çalışsa da, mümkün olmadı.
PSJ ardıcıl 2-ci, tarixində 12-ci dəfə bu titulu qazandı. Superkubokda qələbə sayına görə 2-ci pillədə “Lion” (8) qərarlaşıb. “Tuluza” isə tarixində 2-ci dəfə bu titul uğrunda oyuna çıxdı və 1957-ci ildə olduğu kimi, yenə uduzdu.
Yeri gəlmişkən, Luis Enrike də ötən ilin yayından “sükanı arxasında” olduğu komanda ilə ilk titula sevindi. O, sonuncu dəfə 2017-də “Barselona” ilə titul qazanmışdı.