• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Sağsağanlar” PSJ-ni şoka saldı - TƏHLİL

Çempionlar Liqası

8-10-2023, 18:0

F qrupu
Nyukasl – PSJ 4:1 (2:0)
Nyukasl (İngiltərə): Poup, Trippyer, Lassels, Şer, Bern, Tonali (Anderson, 65), Gimarayns, Lonqstaff, Almiron (Merfi, 71), İsak, Qordon (Tarqett, 90+4).
PSJ (Paris, Fransa): Donnarumma, Hakimi, Markinyos, Şkrinyar, Ernandes, Zair-Emeri, Uqarte (Vitinya, 64), Dembele, Mbappe, Kolo Muani (Barkola, 57). Ramuş.
Qollar: Almiron, 17 (1:0). Bern, 39 (2:0). Lonqstaff, 50 (3:0). Ernandes, 56 (3:1). Şer, 90+1 (4:1).
Vərəqələr: Ernandes, 38. Hakimi, 42. Gimarayns, 45+7. Dembele, 67. Qordon, 70. Zair-Emeri, 80. Poup, 87 – sarı.
Hakim: İştvan Kovaç (Rumıniya).
4 oktyabr. Nyukasl. 52009 tamaşaçı.
oyunun statistikası
13 (8) qapıya (“çərçivə”yə) zərbə 11 (2)
1 künc zərbəsi 8
0 ofsayd 2
16 qayda pozuntusu 9
3 (0) sarı (qırmızı) vərəqə 4 (0)
31 topa sahibolma (faizlə) 69

ÇL-ə 20 ildən sonra qayıdan “Nyukasl” bu dönüşü ən yüksək səviyyədə qeyd etməyə çalışır.

"Football-plus.az" xəbər verir ki, “sağsağanlar” ilk turda səfərdə oynamışdısa, bu dəfə “Sent-Ceyms Park”da qitənin əsas klub turnirinin əzəmətli himni səsləndi. PSJ rəqibi maksimum dərəcədə təəccübləndirmək istəyirdi. Luis Enrike prinsiplərinə xəyanət etmişdi. O, “Barselona”da, İspaniya yığmasında və başqa komandalarda xırda ötürmələrdə müdafiədən asta çıxışa üstünlük verirdisə, adətən, mərkəz hücumçusuz “yalançı 9 nömrə” ilə oynayırdısa, bu dəfə meydana birdən-birə 4 hücumçu – Mbappe, Kolo Muani, Ramuş və Dembeleni buraxmışdı. Mütəxəssis bu mövsüm hücumda ən müxtəlif variantları sınamışdı, ancaq start heyətində ilk dəfə belə möhtəşəm “4-lük” yer almışdı. Onu da nəzərə alaq ki, PSJ-nin müdafiəçiləri təzyiq altında ideal səviyyədə oynaya bilmir və uzun ötürmələrin ustası deyil. Artıq 17-ci dəqiqədə bu göründü. Markinyos cərimə meydançası önündə topu itirdi, hesabı açan Almiron tribunaları ayağa qaldırdı. 39-cu dəqiqədə isə Bern fərqi artırdı.

Hər kəs Enrikenin fasilədə hansısa taktiki dəyişikliklər edəcəyini gözləyirdi, ancaq o, hücum qrupunu öz yerində saxlamaqla bir daha təəccübləndirdi. Təbii ki, bu gediş də “Nyukasl”ın işinə yaradı. 50-ci dəqiqədə fərq darmadağın həddinə çatdı – Trippyer rəqib müdafiəsində böyük boşluq tapdı, Lonqstaff 3-cü qolu vurdu.

Yalnız bundan sonra qonaqlar ayılaraq qapı çərçivəsinə ilk zərbəni vurdu. Yeri gəlmişkən, zərbə məhsuldar oldu. Taleyin ironiyasına bax ki, bu qolu da hücumlar yaratmadı: mərkəz yarımmüdafiəçisi Zair-Emerinin cərimə meydançasına ötürməsini Ernandes tamamladı.

Bəzən belə qollar uduzan tərəfə impuls verə və oyunun axarını dəyişə bilir. Ancaq bu dəfə belə olmadı. Parislilər özünə bənzəmirdi, xüsusən də Mbappe azarkeşləri məyus etdi. PSJ-nin lideri ilk dəfə yalnız 85-ci dəqiqədə qapıya zərbə vurmaqla olduqca aşağı səviyyədə oynadı. “Nyukasl” isə ÇL-ə boşuna qayıtmadığını göstərdi. Uzatma dəqiqələri başlayan kimi Şer fantastik qol vurmaqla fərqi biabırçı həddə çatdırdı. Amma bu hesab oyunun axarına tam uyğun idi.

Borussiya D – Milan 0:0
Borussiya (Dortmund, Almaniya): Kobel, Ryuyerson, Hummels, Şlotterbek, Bensebayni, Özkan, Can, Brandt (Adeyemi, 64), Roys (Nmeça, 72), Malen (Baynou-Gittens, 72), Füllkruq (Mukoko, 85).
Milan (İtaliya): Menyan, Kalabriya (Florentsi, 69), Tiav, Tomori, Ernandes, Musa, Pobeqa (Adli, 58), Reynders, Pulişiç (Çukvueze, 69), Jiru (Okafor, 69), Leao.
Vərəqələr: Şlotterbek, 19. Reynders, 23. Can, 25. Hummels, 81. Musa, 88 – sarı.
Hakim: Şimon Marçinyak (Polşa).
4 oktyabr. Dortmund. 81365 tamaşaçı.

oyunun statistikası
18 (3) qapıya (“çərçivə”yə) zərbə 14 (2)
6 künc zərbəsi 7
1 ofsayd 1
9 qayda pozuntusu 15
3 (0) sarı (qırmızı) vərəqə 2 (0)
57 topa sahibolma (faizlə) 43

“Miılan” qrupdakı 2-ci oyunda da qolsuz heç-heçə ilə kifayətləndi. Və İtaliya nəhəngi ilk turda qələbəyə daha yaxın idisə, bu dəfə Almaniyada qazandığı xala görə sevinməlidi. “Borussiya” daha məzmunlu oyun göstərdi, topa yaxşı nəzarət etdi, rəqib qapısına daim yükləndi, ancaq heç cür qol vura bilmədi. Açığını desək, hər iki komanda qələbəyə can atmaqdan daha çox uduzmaqdan çəkinirdi. “Milan” əsasən müdafiə olunsa da, oyunda ən real qol vəziyyətini yarada bildi. Onda da Kalabriyanın ötürməsindən sonra Jiru ilə Ernandes qapıçı meydançasının xəttində bir-birinə mane oldu. Qapıçılar da bir neçə dəfə xilaskar rolunu oynadı. Bununla belə, Dortmundda heç də baxımlı keçməyən oyun “Borussiya”nı turnir cədvəlinin zirzəmisində saxladı. 2 xala malik “Milan” bir pillə yuxarıdadı. İndi almanlar “Nyukasl”la qoşa oyunda maksimum çox xal qazanmağa çalışmalıdı. Ancaq hələ ki İngiltərə təmsilçisi daha rəqabətədavamlı görünür. Elə “Milan”ı da Mbappe və oyundaşları ilə dueldə “asan gəzinti” gözləmir. Bir sözlə, həm Almaniya, həm də İtaliya klubuna pley-offa adlamaq çətin olacaq.

1. Nyukasl 2 1 1 0 4-1 4
2. PSJ 2 1 0 1 3-4 3
3. Milan 2 0 2 0 0-0 2
4. Borussiya D 2 0 1 1 0-2 1
25 oktyabr: PSJ – Milan, Nyukasl - Borussiya D.

Fakt
PSJ ÇL-də 2017-ci ildən bəri ilk dəfə 4 qol buraxdı. Onda 1/8 finalda evdə “Barselona”ya 4:0 hesabıyla qalib gələn parislilər səfərdə darmadağın olmuşdu – 1:6.

Paylaş:
Digər xəbərlər

Çempionlar Liqası

21-09-2023, 22:0

PSJ inamlı qələbə qazandı, “sağsağanlar” Milandan xalla döndü - REPORTAJ

Dünya futbolu

6-09-2023, 20:0

“Knyazlar” zirvədədi, PSJ ilə “Marsel” onları təqib edir - TURUN ŞƏRHİ

Çempionlar Liqası

8-10-2023, 18:0

Favoritlərdən əzmkar qələbələr - TƏHLİL

Dünya futbolu

27-09-2023, 18:0

PSJ əsas rəqibini darmadağın etdi - TURUN ŞƏRHİ

Çempionlar Liqası

21-09-2023, 22:0

“Barselona” və “Portu” bir addım önə çıxdı - REPORTAJ

İdman

8-02-2023, 16:0

“Nyukasl” seriyanı davam etdirir

Aktual
Sərfəli təklif aldılar, klubu elitada saxlayan futbolçunu satdılar
Mümkünsüz arzularla alovların arasından üzmək... – Dambrauskas şeir dedi
“Çempionat bitəndən sonra rəhbərliklə aramızda fikir ayrılığı yarandı” - Rahid Əmirquliyev
“Payde” Sumqayıtda yalqız qalacaq!
"Qarabağ"ın oyununda bizi narahat edə biləcək çox məqam var"- ÇSKA-nın baş məşqçisi
“Bu səbəbdən ona oyunlarda şans vermirəm” – Abbas Hüseynovun taleyi bəlli oldu
Son xəbərlər
  • Dünən, 22:21
    "Turan Tovuz" Türkiyə klubu ilə qarşılaşacaq
  • Dünən, 22:16
    "ÇSKA-ya qarşı səhv etmək olmaz" - Qurban Qurbanov
  • Dünən, 22:10
    Caz nazirliyi
  • Dünən, 21:20
    "Sabah" Maludanı "Bazel"ə satdı - RƏSMİ
  • Dünən, 20:59
    “Qurban Qurbanov taktiki tələlər qura bilir” – “Qarabağ”ın sabiq futbolçusundan ÇSKA-ya xəbərdarlıq
  • Dünən, 20:26
    İspaniyadan İngiltərəyə üz tutdu
  • Dünən, 19:55
    ''Qalatasaray'' prezidentindən İkardi etirafı - ''Ondan cavab gözləyirik''
  • Dünən, 19:24
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 18:53
    Sərfəli təklif aldılar, klubu elitada saxlayan futbolçunu satdılar
  • Dünən, 18:22
    Almaniyalı əfsanə Musialaya xəbərdarlıq etdi
  • Dünən, 17:51
    ÇSKA-da taktiki sxem və heyət dəyişikliyi – fərqli oyun, yoxsa tələ?
  • Dünən, 17:20
    “Araz-Naxçıvan” azarkeşlərdən bir qədər də uzaqlaşdı – klub problemi necə həll edəcək?
  • Dünən, 16:59
    Mümkünsüz arzularla alovların arasından üzmək... – Dambrauskas şeir dedi
  • Dünən, 16:28
    “Çempionat bitəndən sonra rəhbərliklə aramızda fikir ayrılığı yarandı” - Rahid Əmirquliyev
  • Dünən, 15:57
    “Artıq milli komandanın baş məşqçi vəzifəsinə namizəd deyiləm” - Pirlonun “skuadra adzurra”ya təyinatı niyə rəsmiləşmədi?
  • Dünən, 15:36
    “Bəzi suallara istədiyim cavabı verə bilməyəcəm” – Rəşad Sadıqov
  • Dünən, 15:15
    “Payde” Sumqayıtda yalqız qalacaq!
  • Dünən, 14:54
    “Karvan-Yevlax”dan növbəti transfer
  • Dünən, 14:23
    "Qarabağ"ın oyununda bizi narahat edə biləcək çox məqam var"- ÇSKA-nın baş məşqçisi
  • Dünən, 13:52
    “Bu səbəbdən ona oyunlarda şans vermirəm” – Abbas Hüseynovun taleyi bəlli oldu
  • Dünən, 13:31
    ''Qalatasaray'' istəyir, ''Ayntraxt'' buraxmır
  • Dünən, 13:00
    “İmarət Avropa” "Qarabağ"ı tək qoymayacaq
  • Dünən, 12:39
    “İtaliyada insanları nəticədən başqa heç nə maraqlandırmır” - Fonseka “Milan”da işlədiyi dönəm haqda nələr dedi?
  • Dünən, 12:18
    "Hər şey yaxşıdı, amma davam etmək lazımdı" - Aleksey İsayev
  • Dünən, 11:57
    Azərbaycan klubu ilə anlaşdı, Bolqarıstana qaçdı
  • Dünən, 11:36
    ''Qalatasaray''ın sabiq üzvündən şok sözlər - ''Bunları çox az insan görmək istəyər''
  • Dünən, 11:15
    "Kəpəz" Qətər klubuna qarşı
  • Dünən, 10:54
    Millimiz Çexiya ilə üz-üzə gələcək
  • Dünən, 10:33
    “Sabahın Ulduzları” turnirinin püşkü atıldı
  • Dünən, 10:13
    Qurban Qurbanovdan Sofiya səfəri ilə bağlı gözlənilməz qərar – o, qələbənin açarını tapıb?
  • Dünən, 09:52
    İki güləşçimiz dünya çempionatının finalında
  • Dünən, 09:31
    "Çox keyfiyyətli və yaxşı məşqçi tərəfindən hazırlanan komandaya uduzduq" - KuPS-un baş məşqçisi
  • Dünən, 09:00
    Türkiyə klubu 900 minə aldığı oyunçunu 15 milyona satdı!
  • 28-07-2026, 23:0
    İngiltərədə klubunu dəyişəcək
  • 28-07-2026, 23:0
    “Sabah” və Mikels 10-a çatdı
Daha çox
Oxunub: 265
Qurban Qurbanovdan Sofiya səfəri ilə bağlı gözlənilməz qərar – o, qələbənin açarını tapıb?
Oxunub: 213
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 204
“Bu səbəbdən ona oyunlarda şans vermirəm” – Abbas Hüseynovun taleyi bəlli oldu
Oxunub: 164
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
Oxunub: 150
ÇSKA-nın stadionunda 72 saatda üç oyun keçiriləcək – ot örtüyü “Qarabağ”a problem yarada bilər!
Oxunub: 115
“Bu mövzu ilə bağlı sualları Cavid Hüseynova ünvanlamaq daha doğru olar” – “Cəbrayıl” niyə satıldı?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə