• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Monako” liderliyi qorudu, Qattuzo ilk qələbəsini qazandı – TURUN ŞƏRHİ

Dünya futbolu

11-10-2023, 19:0

Fransa çempionatında 8-ci tur maraqlı hadisələrlə zəngin oldu.

"Football-plus.az" xəbər verir ki, səfərdə “Reyms”i məğlub edən “Monako” vahid liderliyi qorudu. “Mets”ə qalib gələn “Nitsa” “knyazlar”dan yalnız 1 xal geri qalır. 3-cü pilləyə isə son çempion yüksəldi. “Renn” ilə səfər oyununda hədsiz çox təhlükəli vəziyyət yaradan parislilər 3 qol vura bildi. Doğma “Velodrom”da “Havr”ı qəbul edən “Marsel” debütanta heç bir şans vermədi. Bu, cənubluların Cennaro Qattuzonun rəhbərliyi altında ilk qələbəsi idi. “Loryan”la ev oyununda ilk yarıdan sonra 3:1 öndə olan “Lion” qələbəni əldən verdi. “Monpelye” – “Klermon” oyunu isə qalmaqal üzündən bitmədi. Tribunadan atılan petard qonaqların qapıçısı Diavın ayaqların yanına düşdü, partlayış zamanı o hətta huşunu itirdi. Hesab 4:2 meydan sahiblərinin xeyrinə olarkən oyun dayandırıldı. Həkimlər qapıçını xərəkdə apardı, qalan futbolçular isə paltardəyişmə otağına yollandı.

Luis Enrike cari mövsümdə uduzmayan “Renn” ilə səfər oyununda 4-3-3 sxemini seçmişdi. Start heyəti ilə bağlı elə bir sürpriz yox idi. Oyunun əvvəlində qonaqlar ərazi üstünlüyünə yiyələnsə də, bir dəfə də təhlükəli vəziyyət yarada bilmədilər. Bir sözlə, 32-ci dəqiqəyə qədər oyun sönük keçirdi. Amma həmin dəqiqədə Markinyosun daban ötürməsi ilə başladığı hücumun sonunda Vitinya hesabı açdı. Heç 5 dəqiqə keçməmiş Hakimi fərqi artırdı. Yalnız 0:2-dən sonra bretonlar bir qədər fəallaşdı. 2-ci hissə “Renn”in hücumları şəraitində başladı. 56-cı dəqiqədə Quiri qollardan birinin əvəzini çıxdı. Bundan sonra daha bir qəribə hadisə baş verdi. 57-ci dəqiqədə meydana çıxan Kolo Muani cəmi bir dəqiqə sonra hesabı dəyişdi – 1:3. Son 30 dəqiqə qarşılıqlı hücumlar şəraitində keçdi. Həm meydan sahibləri, həm də qonaqlar fərqlənə bilərdi. “Renn” çox çalışsa da, cari mövsümdəki ilk məğlubiyyətdən qaçmağı bacarmadı.

“Reyms”in qonağı olan “Monako” 42-49-cu dəqiqələr aralığında üç qol vurdu. Bununla da oyunun taleyi həll olundu. Düzdü, “Reyms” 57-ci dəqiqədə təsəlli qolu vura bildi.

“Marsel” “Havr” ilə oyuna elə fəal başladı ki, hər kəs qolun zaman məsələsi olduğunu anladı. Təzyiq altında özünü itirən müdafiəçi Sanqante 18-ci dəqiqədə qapıların yerini səhv saldı. Cəmi 3 dəqiqə sonra Obameyanq fərqi artırdı. İlk yarının sonluğunda “Havr”ın ümidləri lap azaldı. 40-cı dəqiqədə Ndiaye meydandan qovuldu. İnamla oyunun axarına nəzarət edən marsellilər sonda 3-cü dəfə fərqləndi. Obameyanqın ötürməsindən sonra Sarr fərqi biabırçı həddə çatdırdı.

“Nitsa” “Mets” ilə səfər oyununa inamlı başladı. Qolu da çox gözləmək lazım gəlmədi. 14-cü dəqiqədə əlcəzairli Budaui qapıçı həmvətəni Ukicanı məyus etdi. Maraqlıdı ki, qarşılıqlı hücumlara rəğmən, bu qol oyunda yeganə oldu. “Nitsa” Liqa 1-də hələ də məğlubiyyət üzü görməyən yeganə komandadı.

Turun qalan oyunlarına gəlincə, liderlər qrupunda olan “Brest” “Tuluza” ilə qarşılaşmanın 3-cü uzatma dəqiqəsində məğlubiyyətdən qaçdı. Gərgin mübarizə şəraitində keçən “Lans” – “Lill” oyununda da qalib müəyyənləşmədi – 1:1. “Nant” səfərdə “Strasbur”u məğlub etdi. “Lion” “Loryan”la oyunun 41-ci dəqiqəsində 3-cü qolu vurandan sonra qələbənin əlində olduğunu düşündü. Ancaq 2-ci hissədə bu üstünlük əridi. Krupi ilə Yonqvanın vurduğu qollar məhsuldar heç-heçəni rəsmiləşdirdi – 3:3.

8-ci tur
Reyms – Monako 1:3
Teuma, 57-p. – Yakobs, 42. Baloqun, 46. Ben Yedder, 49. (19000)
Monako: Ken, Maripan, Maqassa (Matsima, 46), Sinqo, Zakariya, Yakobs, Qolovin (Minamino, 73), Fofana (Kamara, 90), Ben Yedder, Diatta, Baloqun (Akliuş, 82).
Renn – PSJ 1:3
Quiri, 56 – Vitinya, 32. Hakimi, 36. Kolo Muani, 58. (27734)
PSJ: Donnarumma, Ernandes, Markinyos, Şkrinyar, Hakimi, Zair-Emeri, Uqarte (Ruis, 75), Vitinya (Soler, 88), Mbappe, Ramuş (Kolo Muani, 57), Dembele (Barkola, 75).
Marsel – Havr 3:0
Sanqante, 18-öz qapısına. Obameyanq, 21. Sarr, 84. (63576)
Marsel: Lopes, Murilyo, Mbemba (Nadir, 88), Balerdi, Kloss, Unai (Kondoqbia, 74), Ronjye, Arit (Vitinya, 78), Sarr (Soqlo, 88), Obameyanq, Ndiaye (Meyte, 88).
Strasbur – Nant 1:2
Dion, 90+1 – Koko, 50. Mutussami, 57. (25274)
Mets – Nitsa 0:1
Budaui, 14. (23160)
Brest – Tuluza 1:1
Satriano, 90+3 – Maqri, 27. (14509)
Lion – Loryan 3:3
Nuama, 21. Lakazett, 22; 41-p. – Krupi, 16; 54. Yonqva, 79. (43100)
Lans – Lill 1:1
Maçado, 70 – Andre, 45+2.
“Monpelye” – “Klermon” oyunu hesab 4:2 meydan sahiblərinin xeyrinə olarkən dayandırılıb.
1. Monako 8 5 2 1 21-17 17
2. Nitsa 8 4 4 0 9-4 16
3. PSJ 8 4 3 1 17-7 15
4. Brest 8 4 3 1 9-7 15
5. Reyms 8 4 1 3 14-11 13
6. Marsel 8 3 3 2 12-11 12
7. Lill 8 3 3 2 11-10 12
8. Renn 8 2 5 1 14-10 11
9. Nant 8 3 2 3 14-15 11
10. Tuluza 8 2 4 2 10-9 10
11. Strasbur 8 3 1 4 8-11 10
12. Monpelye 7 2 3 2 12-9 9
13. Havr 8 2 3 3 10-12 9
14. Lans 8 2 2 4 8-13 8
15. Mets 8 2 2 4 7-14 8
16. Loryan 8 1 4 3 13-18 7
17. Lion 8 0 3 5 6-16 3
18. Klermon 7 0 2 5 5-12 2
Bombardirlər: Mbappe (PSJ) – 7, Məhəmməd (Nant), Adams, Əl-Tamari (hər ikisi “Monpelye”), Ben Yedder (Monako) – 5.
Növbəti turun oyunları oktyabrın 20-22-si aralığında keçiriləcək: Havr – Lans, PSJ – Strasbur, Nitsa – Marsel, Loryan – Renn, Lill – Brest, Nant – Monpelye, Tuluza – Reyms, Monako – Mets, Lion – Klermon.

Turun rəqəmi
150 – “Monako”da ardıcıl 5-ci mövsümünü keçirən təcrübəli futbolçu Liqa 1-də qol sayını bu həddə çatdırdı. Vissamın knyazlıq klubuna qədər “Sevilya” ilə “Tuluza”nın formasını geydiyini də xatırladaq.

Fakt
Mbappe son 4 oyunda meydanı qol vurmadan tərk edib. O, “Renn” ilə oyuna qədər “Nyukasl” (1:4), “Klermon” (0:0) və “Marsel” (4:0) ilə oyunlarda da fərqlənə bilməmişdi. Kilian sonuncu dəfə 2021-in payızında klubun və Fransa yığmasının heyətində ardıcıl 6 oyunda “susmuşdu”.

Turun ulduzu
Əşrəf Hakimi (PSJ) – “Renn”in mövsümdəki ilk məğlubiyyətinin memarlarından biri də mərakeşli müdafiəçidi. Markinyosun başladığı və PSJ-nin ilk qolu vurduğu hücumda Əşrəf önəmli rol oynadı. 36-cı dəqiqədə isə ofsayd tələsindən ustalıqla qurtularaq rəqib qapısına yol tapdı. Mərakeşlinin arxada qalan turlarda üç qol vurduğunu da xatırladaq.

Turun sitatı
Loran Nikollen, “Monpelye”nin prezidenti: “Nə hiss edəcəm? İkrah, məyusluq, təəssüf... Sona 5 dəqiqə qalmış 4:2 udursansa, turnir cədvəlində 6-cı yerə çıxacaqsansa, oyunçular qələbə üçün özünü öldürürsə... Hansısa axmaq tribunadan nəsə atır və oyun dayanır. Bizi tez-tez ambisiyasızlığa görə qınayırlar. Belə axmaqlarla, çətin ki, hansısa ambisiyamız olsun”.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

6-09-2023, 20:0

“Knyazlar” zirvədədi, PSJ ilə “Marsel” onları təqib edir - TURUN ŞƏRHİ

Dünya futbolu

4-10-2023, 19:0

“Monako” zirvəyə döndü, PSJ 5-ci pilləyə endi - TURUN ŞƏRHİ

Dünya futbolu

20-09-2023, 21:0

PSJ ilk məğlubiyyətini aldı – TURUN ŞƏRHİ

Dünya futbolu

30-08-2023, 22:0

PSJ ilk qələbəsini qazandı, “Monako” ilk dəfə xal itirdi – TURUN ŞƏRHİ

Dünya futbolu

16-08-2023, 22:0

Ulduzlarsız PSJ debütdə büdrədi – TURUN ŞƏRHİ

Aktual
“Zaurgil AFFA rəhbərliyi ilə görüşmək istəyirlər”  - Mübariz Mənsimov Lənkəranda futbolun olacağına söz verib
UEFA "Turan Tovuz"u avrokuboklardan kənarlaşdırdı
“Legionerlərimiz öz ölkələrində, istirahətdədi” – “Zirə” “Turan-Tovuz”la bağlı rəsmi xəbər gözləyir
“Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
Kannavaro azərbaycanlı futbolsevərləri üzdü – Umarali evdə qaldı…
Son xəbərlər
  • Bu gün, 10:52
    “Zaurgil AFFA rəhbərliyi ilə görüşmək istəyirlər”  - Mübariz Mənsimov Lənkəranda futbolun olacağına söz verib
  • Bu gün, 10:31
    Levandovski İstanbul nəhənginə gəlir? - Həyat yoldaşı da təsdiqlədi
  • Bu gün, 10:00
    UEFA "Turan Tovuz"u avrokuboklardan kənarlaşdırdı
  • Dünən, 23:55
    “Legionerlərimiz öz ölkələrində, istirahətdədi” – “Zirə” “Turan-Tovuz”la bağlı rəsmi xəbər gözləyir
  • Dünən, 23:20
    “Ortada bir qərar yoxdu ki, ona uyğun addım ataq” – “Turan Tovuz”dan növbəti reaksiya
  • Dünən, 22:44
    TFF klub prezidentlərinə DÇ üçün pulsuz bilet verməyəcək
  • Dünən, 22:30
    "Araz-Naxçıvan" 10 futbolçu ilə yolları ayırdı
  • Dünən, 21:54
    “Beşiktaş”ın sabiq prezidenti bu köklü klubu xilas edə bilər
  • Dünən, 21:29
    Burak Yılmaz Fransaya yollanır?
  • Dünən, 20:50
    “Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
  • Dünən, 20:00
    Doğma klubuna sərmayə qoydu
  • Dünən, 19:32
    Luis Enrike hələ ki liderdi
  • Dünən, 19:06
    Modriçin mundialdakı seriyası 5-ə çatacaq
  • Dünən, 18:35
    Qəza nəticəsində həlak oldu
  • Dünən, 17:58
    Cavid İmamverdiyev Region Liqasında oynayacaq
  • Dünən, 17:20
    Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
  • Dünən, 16:49
    Gözlənilən aqibətlə üzləşdi
  • Dünən, 16:29
    Fransa klubunda gözlənilən istefa
  • Dünən, 15:58
    Nigeriyanın baş məşqçisi Osimhenlə bağlı “bomba partlatdı”
  • Dünən, 15:27
    Argentina nəhəngi İkardi ilə bağlı qərarını açıqladı
  • Dünən, 14:51
    Kannavaro azərbaycanlı futbolsevərləri üzdü – Umarali evdə qaldı…
  • Dünən, 14:35
    Türkiyə yığmasının DÇ-2026 üçün yekun heyəti bəlli oldu - Kimlər kənarda qaldı?
  • Dünən, 14:10
    "Qəbələ"nin pley-off oynaması çox böyük biabırçılıqdı..." - Qəbələ Sxadadzeyə şans verəcəkmi?
  • Dünən, 13:29
    Mundialdan sonra Montellaya Türkiyə vətəndaşlığı veriləcək
  • Dünən, 12:58
    Azər Bağırov "Şamaxı"da - RƏSMİ
  • Dünən, 12:47
    "Qəbələ" iki futbolçuyla yollarını ayırdı
  • Dünən, 12:16
    "Sabah"ın futbolçusu DÇ-də oynamayacaq
  • Dünən, 11:46
    "Üç il əvvəl bu kluba böyük ümidlər və hədəflərlə gəlmişdim" - Sekidika
  • Dünən, 11:16
    “Cəza verilib də, bundan sonra daha nə istəyirlər?” - Ramin Musayev “Turan Tovuz”u haqlı görür
  • Dünən, 10:59
    Lebron Ceyms bir ildə 137 milyon qazanıb!
  • Dünən, 10:31
    "Şamaxı"dan yeni baş məşqçiylə bağlı açıqlama - "ən qısa müddətdə..."
  • Dünən, 10:26
    Yığmamız yarımfinala yüksələ biləcəkmi?
  • Dünən, 10:00
    Yankoviç millidə məhsuldar ötürmə etdi
  • Dünən, 09:20
    “Hələ ki heç nə dəqiq deyil” – Elnur Qasımov
  • Dünən, 09:09
    Millimiz 1/4 finalda - AÇ
Daha çox
Oxunub: 405
Qurban Qurbanov Addainin əl-qolunu bağlamasaydı...
Oxunub: 210
“Sxadadzenin müqaviləsinə xitam verilməsi gözlənilmir” – Səbuhi Səfiyarlı
Oxunub: 206
“Qarabağ”da növbəti ayrılıq dalğası yetişdi! – daha kimlər Qurban Qurbanovun “radarına düşüb”?
Oxunub: 181
Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
Oxunub: 165
“Əlbəttə, bu qərar bizi məyus etdi” – Tovuzdan reaksiya
Oxunub: 163
"Araz-Naxçıvan"ın yeni baş məşqçisi Cavid Hüseynovdu? - özü danışdı!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə