Fabian Şer klubunun yeni təklifini qəbul edib.
"Football-plus.az" xəbər verir ki, isveçrəli müdafiəçi “Nyukasl” ilə müqaviləsinin müddətini 2025-ci ilin yayına qədər artırıb. O, bu komandada 2018-ci ildən çıxış edir. 32 yaşlı futbolçunun əvvəlki müqaviləsinin müddəti cari mövsümün sonuna qədər idi. Fabian bu mövsüm İngiltərə çempionatında 20 oyun keçirib. Onun “Nyukasl”ın formasında premyer-liqada 145 matçda iştirak etdiyini və 10 qol vurduğunu da xatırladaq.