Tomaş Souçek klubundan aldığı yeni təklifi qəbul edib.
"Football-plus.az" xəbər verir ki, çexiyalı yarımmüdafiəçi “Vest Hem” ilə müqaviləsinin müddətini 2027-ci ilin yayına qədər artırıb.
O, London klubunda 2020-ci ildən çıxış edir. Tomaş ötən müddətdə komandada bütün turnirlərdə 182 oyun keçirib, 30 qol vurub və 9 məhsuldar ötürmə edib.