Benzema klubu ilə razılığa gəldi

17.03.2023 19:15 1 430
Dünya futbolu
Kərim Benzemanın məsələsinə aydınlıq gəlib. “Real”ın hücumçusu tezliklə klubla müqaviləsini yeniləyəcək.

“Football-plus.az” xəbər verir ki, “Ekip” qəzetinin yaydığı xəbərə görə, 35 yaşlı hücumçu Madrid klubu ilə şifahi razılığa gəlib. Onunla bu mövsümün sonunda qüvvədən düşəcək müqavilənin müddəti 2024-cü ilin yayına qədər uzadılacaq.

Benzema “Real”da 2009-cu ildən çıxış edir. Fransalı futbolçu bu mövsüm La Liqada 15 oyuna çıxıb, 11 qol vurub və 3 məhsuldar ötürmə verib.