Toni Kroosun “Real”dakı gələcəyi qeyri-müəyyən olaraq qalır.
32 yaşlı yarımmüdafiəçi gələcəyi ilə bağlı qərarını növbəti mövsümün gedişində verəcək. Kroosun “Real” ilə müqaviləsinin müddəti 2023-cü ilin iyununda sona çatacaq. Rəhbərlik hələ də onunla əməkdaşlığın müddətini daha bir il uzatmaq üçün razılığa gələ bilməyib. Toni nə edəcəyinə yalnız növbəti mövsümün gedişində qərar verəcək. O, 3 seçim arasında qalıb: ya “Real”da qalacaq, ya başqa bir komandaya keçəcək, ya da karyerasını başa vuracaq.
Kroos İspaniya klubunda 2014-cü ildən oynayır. Almaniyalı futbolçu son mövsüm La Liqada meydana çıxdığı 28 matçda 1 qol vurub və 3 məhsuldar ötürmə edib.