“Transfer planımızda çoxlu futbolçu var” – Əmrah Çəlikəldən mesaj

30.12.2023 18:25 972
Ölkə futbolu / Manşet
Qış fasiləsində klubların heyətini gücləndirmək yönündə fəaliyyətə başlaması təbiidi.

Xüsusən də söhbət Avropa Liqasının pley-offunda “Braqa” ilə qarşılaşacaq “Qarabağ”dan gedirsə… Son günlər az qala hər tində-bucaqda “Qarabağ”ın “Sabah”ın istedadlı yarımmüdafiəçisi Aleksey İsayevi hədəfə aldığı bildirilir.

Bu barədə məlumat almaq üçün Ağdam təmsilçisinin baş direktoru Əmrah Çəlikəllə danışdıq:

“Maraqlandığımız və transfer planımızda olan çoxlu futbolçu var. Bunlarla bağlı rəsmi müqavilə bağlanmamış hansısa məlumat verməyimizi düzgün saymırıq. Aleksey İsayevlə bağlı rəsmi bir məlumatım yoxdu. Transfer hüquqları “Sabah”a aiddi”.

MİRKAMAL KAZIMZADƏ