"Qarabağ" Kolumbiya millisinin üzvünü transfer edir? - RƏSMİ AÇIQLAMA

29.06.2023 12:33 2 218
Premyer-liqa / Manşet
"Qarabağ" yeni mövsümün hazırlığını davam etdirir.

"Football-plus.az" xəbər verir ki, Avstriyanın Tirol bölgəsində təlim-məşq toplanışında olan "köhlən atlar" həmçinin yeni futbolçu axtarışındadı. Dünən İngiltərə mediasında Ağdam klubu ilə bağlı maraqlı məlumat yayıldı. "The Sun" nəşrinin xəbərinə görə, “Qarabağ” transfer çalışmalarını davam etdirir. Azərbaycan çempionunun adı daha bir əcnəbi futbolçu ilə yanaşı hallanır. Kolumbiyalı hücumçu Alfredo Morelos karyerasını ölkəmizdə davam etdirə bilər. Ağdam klubu 27 yaşlı futbolçu ilə danışıq aparır. Morelos 2017-ci ildən formasını geyindiyi “Reyncers”lə müqavilə müddəti başa çatdığı üçün Şotlandiya klubundan ayrılıb və hazırda azad agentdi.

Məqalədə bildirilir ki, cəmi iki il əvvəl “Lill”in Morelosun transferi üçün 16 milyon funt-sterlinqlik təklifini şotlandlar qəbul etməyib.

Futbolçunun keçidi ilə bağlı rəsmi məlumat əldə etmək üçün Ağdam təmsilçisi ilə əlaqə saxladıq. Klubun mətbuat xidmətinin əməkdaşı Elvar Quliyev "The Sun"un yaydığı xəbərlə bağlı bunları söylədi:

"Ümumiyyətlə, mövsüm ərzində çoxlu futbolçu ilə maraqlanırıq. Təkcə özləri ilə danışıq aparmırıq. Onların agentləri və yaxınları ilə əlaqə qururuq. Bu o demək deyil ki, "Qarabağ" həmin futbolçuların hamısını transfer edəcək. Alfredo Morelos xəbərini mən də mediadan oxudum. Lakin bu futbolçu bizim gündəmimizdə deyil".


Qeyd edək ki, Alfredo Morelos 2018-ci ildən bəri Kolumbiya yığmasının heyətində 11 oyun keçirib, 1 qol vurub.

İLKİN SULTANLI

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul