
Premyer-liqa
90
26.05.2022, 10:55
"Sabah" millimizin üzvü ilə yeni müqavilə imzaladı
“Sabah” futbolçusu Aleksey İsayevlə yeni müqavilə imzalayıb.
"Football-plus.az" xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 26 yaşlı yarımmüdafiəçi ilə 3 illik yeni sözləşmə imzalanıb.
Qeyd edək ki, Aleksey İsayev 2020-ci ilin iyul ayından “Sabah”da oynayır. O, bu müddətdə komandada 50 oyunda 7 qol vurub.