"Qarabağ"ın rəqibi "Kopenhagen"in futbolçusunu transfer etdi

31.08.2022 12:50 681
Avropa Liqası
Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olan "Olimpiakos" heyətini yeni futbolçu ilə gücləndirib.

"Football-plus.az" xəbər verir ki, Yunanıstan klubu "Kopenhagen"dən Pep Bieli transfer edib. Bu barədə BT nəşri məlumat yayıb.

Pirey təmsilçisinin 26 yaşlı yarımmüdafiəçi üçün Danimarka klubuna 6 milyon avro ödəyəcəyi bildirilir. "Olimpiakos" ispan futbolçu ilə 4 illik müqavilə imzalayacaq.

"Qarabağ" "Olimpiakos"a qarşı ilk matçını oktyabrın 6-da səfərdə, növbəti görüşünü isə bundan bir həftə sonra Bakıda keçirəcək.